ali məqsəd
alim
OBASTAN VİKİ
Ali təhsil
Ali təhsil (ing. Higher education) — 1)elm, texnika və mədəniyyətin müasir nailiyyətlərindən yaradıcı şəkildə istifadə etməklə hazırlıq yönümlü nəzəri və əməli məsələlərin həllinə imkan verən sistemləşdirilmiş bilik və təcrübi vərdişlərin məcmusu. Ali təhsil termini ali təhsil müəssisələrində elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlanması mənasında da işlədilir; 2)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil. Üç pilləli təhsil sitemində orta təhsil və orta ixtisas təhsilindən sonra gələn ali ixtisas təhsili. Məzuna ixtisası üzrə nəzəri və peşəkar biliklər verir. Orta təhsildən fərqli olaraq ali təhsil ümumi təhsil sayılmır və iddiaçılar müsabiqə əsaında daha az sayda yerə qəbul edilir. == Ali təhsilli == Ali təhsilli - ali məktəb bitirmiş. == Ali təhsil müəssisəsi == Ali təhsil ali məktəblərdə — universitetlərdə, akademiyalarda, institutlarda və kolleclərdə verilir. Müxtəlif ölkələrdə fərqli adları ola bilər. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı.
Ali təhsil müəssisəsi
Ali təhsil müəssisəsi — 1)ümumi təhsil və elmi-siyasi bilik verən ən yüksək təhsil müəssisəsi; 2)xalq təsərrüfatının, elm və mədəniyyətin müxtəlif sahələri üçün yüksək ixtisaslı mütəxəssislər, elmi və pedaqoji kadrlar hazırlayan, ali və orta ixtisas məktəbləri müəllimlərinin, xalq təsərrüfatı mütəxəssislərinin ixtisasını təkmilləşdirən, nəzəri və tətbiqi xarakterli elmi iş aparılan təhsil müəssisəsi; 3)Azərbaycan Respublikası qanunvericiliyi ilə əsaslandırılan, fəaliyyət göstərən və hüquqi şəxs statusuna malik olan təhsil müəssisəsi. Təhsil müddəti 4-7 ildir.Ali təhsil müəssisəsi cəmiyyətin tələbatına uyğun yüksək ixtisaslı mütəxəssislər hazırlığı ilə məşğul olan təhsil müəssisəsinin yüksək tipi, fasiləsiz təhsilin mühüm bir həlqəsidir. Ali təhsil müəssisələrinin müxtəlif növləri fəaliyyət göstərir: universitetlər, institutlar, akademiyalar, konservatoriyalar və digər ali təhsil müəssisələri bu qəbilədəndir. Ali təhsil müəssisəsinin səmərəli fəaliyyət göstərməsi ona düzgün rəhbərlikdən, təhsil-tərbiyə prosesinin elmi-pedaqoji əsaslarda idarə edilməsindən çox asılıdır. Ali təhsil müəssisəsinin "idarə edilməsi" və "ona rəhbərlik" bir-biri ilə sıx bağlı anlayışlardır. İdarəetmə dedikdə, müəyyən obyektə (məktəbə, pedaqoji kollektivə) məqsədyönlü, planlı, mütəşəkkil təsirləri təmin edən fəaliyyət başa düşülür. İdaəretmə obyektləri şəxsiyyət və ya kollektiv olduqda idarəetmə rəhbərlik forması kəsb edir. Başqa sözlə, rəhbərlik bilavasitə insanlarla işdə idarəetmə vəzifələrini həyata keçirməklə bağlı səmərəli fəaliyyət növüdür. Bu halda idarəetmə subyektləri və obyektləri ümumi məqsəd naminə şüurlu şəkildə qarşılıqlı fəaliyyət göstərir. Rəhbərlik bir-birinə zidd iki üslubda - avtoritar və demokratik üslublarda həyata keçirilir.
Avstraliyada ali təhsil
Avstraliyada ali təhsil — Avstraliya təhsil sisteminin tərkib hissəsi. == Qəbul == Avstraliya ali məktəblərində qəbul imtahanı yoxdur. Universitetlərə qəbul orta məktəbi birməyə görə verilən sertifikatdakı (High School Certificate) buraxılış imtahanlarının nəticəsinə görə aparılır. Sertifikatın adı müxtəlif ştatlarda müxtəlif cür adlansa da, qəbul zamanı onlar eyni götürülür. == Avstraliyada ali təhsil == Avstraliyada 40 universitet və 350 kollec vardır. Orada avstraliyalılardan başqa 300 min də xarici tələbə təhsil alır. Avstraliya diplomları bütün dünyada tanınırlar. Ölkə ali təhsil sistemi Britaniya təhsil sistemi üzərində qurulub və ona yüksək təhsil keyfiyyəti, tələbələrin müstəqilliyi və elmi tədqiqatlara yönəlilik xarakterikdir. Avstraliyada elmi tədqiqatlara hər il böyük məbləğdə dövlət vəsaiti ayrılır. Bir çox Avstraliya alimi Nobel mükafatına layiq görülmüşlər.
Estoniyada ali təhsil
Estoniyada ali təhsil — Estoniya Respublikasının ali təhsil sistemi == Təhsil sistemi == Estoniyanın ali təhsil sistemi iki növ ali təhsil müəssisələrindən ibarətdir: universitetlər; ali peşə təhsili müəssisələri.Estoniyada orta təhsil pilləsini uğurla başa vuran bütün şagirdlər ali təhsil pilləsində oxumaq hüququ qazanır. Ali təhsil proqramları universitetlərdə və ali peşə təhsili müəssisələrində tədris edilir. Tələbələr ali təhsilin birinci mərhələsində iki növ kurikulumdan birini seçə bilərlər: Nəzəri prinsiplərə əsasən peşə bacarıqlarının inkişaf etdirilməsinə xidmət edən nəzəriyyə əsaslı bakalavr təhsili; Praktiki prinsiplərə əsasən nəzəri biliklərin inkişaf etdirilməsinə xidmət edən təcrübəyönümlü ali peşə təhsili. Praktiki fəaliyyət kurikulumun 30 faizini təşkil edir.Ali peşə təhsili proqramı üzrə tədrisin müddəti 3-4,5 il, bakalavr proqramı üzrə isə 3-4 ildir. Hər iki proqram üzrə kurikulumda nəzərdə tutulan tədris yükü 120-160 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 180-240 kredit) arasında dəyişir. Ali peşə və bakalavr təhsili proqramını başa vuran tələbələr magistratura səviyyəsində təhsillərini davam etdirə bilərlər. Magistratura təhsili üzrə tədrisin müddəti 1 və ya 2 ildir. Nəzərdə tutulan tədris yükü isə 40-80 kredit (Avropa Kredit Köçürmə Sistemində müvafiq olaraq 60-120 kredit) arasında dəyişir. Bakalavriatura və magistratura səviyyəsində təhsilin müddəti ümumilikdə 5 ildir. Kurikulumda nəzərdə tutulan tədris yükü isə ümumilikdə 200 kredit (Avropa Kredit Köçürmə Sistemində 300 kredit) təşkil edir.
Hindistanda ali təhsil
Hindistanda ali təhsil — Hindistan Federativ Respublikasının ali təhsil sistemi Hindistanda texnologiya, idarəetmə, informasiya texnologiyaları institutları, mərkəzi universitetlər və digər çoxsaylı ali məktəblər olmaqla ümumilikdə 367 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Ölkənin ən qədim ali təhsil müəssisələri 1857-ci ildə yaradılmış Mədrəs, Kəlkətə və Mumbay universitetləridir. Mərkəzi hökumət ali təhsil sahəsində inkişaf strategiyasının hazırlanması, ali məktəb standartlarının, elmi-tədqiqatların, elmi və texniki müəssisələrin işinin əlaqələndirilməsi və istiqamətləndirilməsi üzrə mühüm səlahiyyətlərə malikdir. Hökumət Universitet Qrant Komissiyasına qrantlar verir və ölkədə Mərkəzi universitetləri təsis edir. Həmçinin Universitet Qrant Komissiyasının tövsiyələrinə əsasən hökumət tərəfindən bəzi təhsil müəssisələrinin "Universitet hesab edilənlər" qrupuna daxil olmasına icazə verilir. Ştatlarda universitetlərin və kolleclərin təsis olunması yerli hökumətlərin səlahiyyətləri çərçivəsindədir. Bu müəssisələrin inkişafı və saxlanılması üçün planlaşdırılmış qrantlar ayrılır. Ştatlar arasında təhsil sahəsində koordinasiya işi Təhsil üzrə Mərkəzi Məşvərət Şurası vasitəsilə həyata keçirilir. Eləcə də ölkədə bu şuralar fəaliyyət göstərir: Ümumhindistan Texniki Təhsil Şurası; Tibb Şurası; Peşə Şurası; Kənd Təsərrüfatı Tədqiqatı Şurası; Müəllimlərin Təhsili üzrə Milli Şura; Stomatologiya Şurası; Əczaçılıq Şurası; Uşaqlara Qayğı Şurası; Vəkillər Şurası; Homeopatiya üzrə Mərkəzi Şura; Hind Müalicəsi üzrə Mərkəzi Şura; Memarlıq Şurası; Distant Təhsil Şurası; Reabilitasiya Şurası; Ali Təhsil üzrə Dövlət Şurası.İnsan Resurslarının İnkişafı Nazirliyinə tabe olan Mərkəzi universitetlər Universitet Qrant Şurasının verdiyi qrantlar hesabına maliyyələşir. İndira Qandi Milli Açıq Universiteti isə birbaşa İnsan Resurslarının İnkişafı Nazirliyi tərəfindən maliyyələşdirilir.
Küveytdə ali təhsil
Küveytdə ali təhsil — Küveyt Dövlətinin ali təhsil sistemi. == Dövlət dəstəyi == Müasir Küveyt cəmiyyəti üçün ali təhsilin inkişafı mühüm əhəmiyyət kəsb edir. 1988-ci ildə yaradılmış Ali Təhsil Nazirliyi ölkədə tətbiqi və universitet təhsili, elmi tədqiqat ilə bağlı məsələlərə, bu sahələri inkişaf etdirməyə məsuldur. Ali Təhsil Nazirliyi, həmçinin ali təhsili tətbiqi təhsil və universitet təhsili istiqamətləri üzrə inkişaf etdirmək üçün strategiya və planları müəyyənləşdirir, işçi qüvvəsinin hazırlanması üçün plan və proqramlara nəzarət edir, müxtəlif ali təhsil müəssisələri və onların qurumlarının arasında elmi tədqiqat fəaliyyətini əlaqələndirir. Ali Təhsil Nazirliyi kolleclər və ali təhsil müəssisələrində həyata keçirilən elmi tədqiqatların qeydiyyatını aparır və onlardan səmərəli istifadə olunmasının üsullarını araşdırır. Nazirliyin ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Səudiyyə Ərəbistanı, Avstraliya, Birləşmiş Ərəb Əmirliklərində və başqa ölkələrdə nümayəndəlikləri fəaliyyət göstərir. Bu nümayəndəliklər həmin ölkələrdə oxuyan küveytli tələbələrin təhsilinə nəzarət edilməsində mühüm rola malikdir. Dövlət tərəfindən maliyyələşən yaşlıların təhsili Tətbiqi Təhsil və Təlim üzrə Dövlət İdarəsi tərəfindən təşkil olunur. Küveyt dövləti bir neçə ali dini məktəbə, Musiqi Akademiyasına və Müəllimlər İnstitutuna maliyyə dəstəyi verir. Küveyt ali məktəblərində əcnəbi tələbələr də oxuya bilərlər.
Türkiyədə ali təhsil
Türkiyədə ali təhsil — Türkiyə Respublikasında mövcud olan ali təhsil sistemi. == Tarixi == Türkiyədə ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir. Təxminən 30 ilə qədər bir müddətdə Türkiyədə ali təhsilin bütün səviyyələrində mərkəzi idarəetmənin olmaması səbəbindən bu sahədə ciddi geriləmə müşahidə edilirdi. Odur ki, 1981-ci ildə ali təhsil sahəsində aparılan islahatlardan sonra Türkiyə Respublikası Ali Təhsil Komitəsi yaradıldı və bütün ali təhsil müəssisələri bu qurumun tabeliyinə verildi. Beləliklə, bundan sonra Ali Təhsil Komitəsi bütün ali məktəblərin fəaliyyətinin koordinasiya olunmasını həyata keçirir və onların işinin müvafiq qanunvericilik çərçivəsində təşkilinə nəzarət edir. 1974-cü ildən fəaliyyətə başlamış Şagird Seçmə və Yerləşdirmə Mərkəzi isə Ali Təhsil Komitəsinin təsbit etdiyi əsaslar çərçivəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarını həyata keçirir. == Məqsəd və vəzifələri == Türkiyədə ali təhsilin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq belə müəyyən edilib: Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək; Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq; Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq; Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının nəticələrini cəmiyyətə təqdim etmək; Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək; Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək. == Müddəti == Türkiyədə ali təhsil müddəti ən az iki ildir. Bu ölkədəki universitetlərdə dörd illik fakültələr ilə iki illik ali peşə məktəbləri və axşam ali təhsil proqramları mövcuddur. == Mövcud vəziyyəti == Hazırda ölkənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir.
Ukraynada ali təhsil
Ukraynada ali təhsil Ali təhsil — bu təhsilin o səviyyəsidir ki, şəxs təhsil proqramının mənimsəməsinin ardıcıl, sistem və məqsədyönlü prosesi nəticəsində ali təhsil müəssisəsində əldə edir. Həmçinin, bu təhsilin o səviyyəsidir ki, tam ümumi orta təhsilə əsaslanır və dövlət attestasiyasının nəticəsinə görə müəyyən ixtisaslaşdırmanın alınmasından sonra qurtarılmış hesab edilir. Ukraynada ali təhsil tam ümumi orta təhsil əsasında həyata keçirilir. Bundan başqa, kiçik mütəxəssislər hazırlayan ali təhsil müəssisələrinə ümumi baza orta təhsilli şəxslər qəbul edilə bilərlər. 2005-ci ilin may ayında Avropa ölkələri nazirlərinin Berqendə Konfransında Ukrayna Bolonya prosesinə qoşuldu ki, onu bir sıra ən mühüm əsas məsələləri həll etməyə məcbur etdi, hansılar ki, 2010-cu ilə kimi müddətə ali təhsilin Avropa sahəsinin standartlarının, tövsiyələrinin və əsas alətlərinin tətbiqini nəzərdə tuturlar. Söhbət Avropa nümunəli diplom ixtisaslaşdırılmasının, innovasiyalı Avropa kredit-transfert sisteminin və əlavələrin milli çərçivəsinin tətbiqindən gedir. == Ali təhsil müəssisələri == Ukraynaya ali təhsil müəssisələrinə aiddirlər: texnikum (məktəb), kollec, institut, konservatoriya, akademiya, universitet və başqaları. Ali təhsil müəssisələri üçün akkreditasiyanın dörd səviyyəsi qurulmuşdur təyin edilmişdir: Birinci səviyyə — texnikum, məktəb, onlara bərabərləşdirilmiş başqa ali məktəblər; İkinci səviyyə — kollec, onlara bərabərləşdirilmiş başqa ali məktəblər; Üçüncü və dördüncü səviyyələr — institut, konservatoriya, akademiya, universitet. == Qiymətləndirmə == 2006-cı ildən başlayaraq, Ukraynanın ali təhsil məktəblərinin tələbələrinin bilikləri 0-dan 100-ə qədər bal cədvəli üzrə qiymətləndirir. Bu qiymətləndirilmələr aşağıdakı qaydada 4-bal cədvəlinə çevrilə bilər: 90-dan 100-ə qədər — "əla" 70-dən 89-a qədər — "yaxşı" 60-dan 69-a qədər — "kafi" 0-dan 59-a qədər — "qeyri-kafi"2015-ci ilin məlumatlarına görə ölkədə 520 ali dövlət universiteti (o cümlədən kommunal) və 144 özəl universitet fəaliyyət görsədir.
Yaponiyada ali təhsil
Yaponiyada ali təhsil — Yaponiyanın ali təhsil sistemi. Yaponiya qanunvericiliyində mövcud olan ali təhsil sistemi belə müəyyən edilmişdir: Bakalavriat - 4 il; Magistratura - 2 il; Doktorantura - 2 il.Yaponiyada 595-i özəl olan 773 ali məktəbdə 3 milyona yaxın tələbənin təlim-tərbiyəsi ilə 172 mindən artıq müəllim məşğul olur. Ən nüfuzlu və qocaman dövlət ali məktəbləri arasında əsası 1877-ci ildə qoyulmuş Tokio, 1897-ci ildən fəaliyyət göstərən Kioto və 1931-ci ildə yaradılmış Osaka universitetlərinin adını çəkmək olar. Onlardan başqa, xüsusi reytinqi ilə fərqlənən Hokkaydo və Toxoku universitetləri də tələbələrin ən çox maraq göstərdiyi ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssislər yetişdirirlər. Özəl universitetlər arasında isə Tyuo, Nixon, Vaseda, Tokay və Kansay universitetləri daha məşhurdurlar. Dövlət universitetlərinə daxil olmaq üçün mütləq tam orta məktəbi bitirmək lazımdır. Ali məktəblərə qəbul 2 mərhələdə həyata keçirilir. Birinci mərhələdə, abituriyentlər universitetlərə qəbulu həyata keçirən milli mərkəzin apardığı sınaqlarda iştirak edirlər. Sınaqdan müvəffəqiyyətlə keçənlər bilavasitə universitetlərdə təşkil edilən qəbul imtahanlarına buraxılırlar. Qeyd etmək lazımdır ki, özəl universitetlər qəbul imtahanlarını müstəqil olaraq həyata keçirirlər.
Çində ali təhsil
Çində ali təhsil — Çin Xalq Respublikasının ali təhsil sistemi == Təhsil sistemi == Çinin ali təhsil sistemi ABŞ-nin və Böyük Britaniyanın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir. == Təhsil müddəti == Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur. 3 illik proqramların tədrisi istənilən ali təhsil müəssisəsində aparılır. 4 illik proqramlar isə 4 illik kolleclərdə və ya universitetlərdə tədris olunur. 4 illik proqramlardan fərqli olaraq, 3 illik proqramların sonunda bakalavr dərəcəsi verilmir. Tələbə 3 illik proqramın davamı kimi əlavə olaraq 2 il təhsil aldıqda bakalavr dərəcəsinə sahib ola bilər.
Azərbaycan Ali Təhsil Ocaqları
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Azərbaycan Ali Təhsil İnstitutu
Azərbaycan Ali Təhsil İnstitutu (fars. موسسه آموزش عالی آذرآبادگان‎) və ya Azərbaycan Universitet Kolleci (ing. University College of Azarabadegan) — İranın Urmiya şəhərində özəl biznes məktəbi. Məktəb 2006-cı ildə təsis olunmuşdur.
Bakının ali təhsil ocaqları
Sovet dövründən bu yana şəhərdə bir çox ali təhsil müəssisəsi yerləşib. Bunlardan ilki isə 1919-cu ildə açılan Bakı Dövlət Universitetidir. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası da məhz Bakıda yerləşir.
BƏƏ-də ali təhsil
BƏƏ-də ali təhsil — Birləşmiş Ərəb Əmirliklərinin ali təhsil sistemi Birləşmiş Ərəb Əmirliklərində çox sayda ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlara lisenziyanı BƏƏ Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin tabeliyində olan Akademik Akkreditasiya Komissiyası verir. Ali məktəblərin tədris proqramlarının akkreditasiyasını da bu qurum həyata keçirir. Bu ölkənin vətəndaşları dövlət ali təhsil müəssisələrində pulsuz oxuya bilərlər. Orta təhsil pilləsinin sonuncu sinfini bitirən qızların 95, oğlanların isə 80 faizi ali təhsil müəssisələrinə qəbul olunurlar. == Ali təhsil müəssisələri == === Dövlət === Ölkənin dövlət ali təhsil müəssisələrinin sırasına bu üç ali məktəb daxildir: Birləşmiş Ərəb Əmirlikləri Universiteti; Zayed Universiteti; Ali Texnologiya Kollecləri. === Özəl === Özəl ali təhsil müəssisələri arasında daha məşhur və nüfuzlu olanlar bunlardır: Şarcah Amerikan Universiteti; Dubay Amerikan Universiteti; Şarcah Universiteti; Acman Elm və Texnologiya Universiteti; Abu-Dabi Universiteti; Əl-Hosn Universiteti.BƏƏ-də ilk tibb məktəbi 1998-ci ildə təsis olunmuş və Acman Əmirliyində yerləşən Körfəz Tibb Universitetidir. Ölkədə fəaliyyət göstərən beynəlxalq özəl ali məktəblərin əksər hissəsi nüfuzlu beynəlxalq qurumlar tərəfindən akkreditasiya olunur. BƏƏ-də hazırda bakalavriatura proqramı üzrə tədris aparan 17 beynəlxalq təhsil müəssisəsi var. Bu ali məktəblərin əksəriyyəti öz tədris proqramlarını Cenevrədəki Beynəlxalq Bakalavriatura Təşkilatı tərəfindən təsdiq etdirirlər. == Dubay Bilik Kəndi == BƏƏ-də fəaliyyət göstərən xarici ölkələrin beynəlxalq səviyyədə tanınmış universitetlərinin filiallarının bəziləri xüsusi təhsil zonalarında – 2003-cü ildə yaradılmış Dubay Bilik Kəndində və Dubay Beynəlxalq Akademik Şəhərciyində yerləşir.
Cənubi Koreyada ali təhsil
Cənubi Koreyada ali təhsil — Koreya Respublikasında mövcud olan ali təhsil sistemi. Orta təhsili başa vurmuş məzunlar həm ali məktəblərə, həm də yeniyetmə kolleclərinə müraciət edə bilərlər. Yeniyetmə kolleclərinə qəbul akademik nailiyyətlərə, elmi nailiyyət imtahanına və əsas qəbul imtahanı balına görə müəyyənləşir. Kolleclərdə təhsil əsasən istehsalat sahələri ilə əlaqəli qurulur və orta səviyyəli ixtisaslı mütəxəssislər hazırlanır. Tələbələrin istehsalat təcrübələrinə göndərilməsi, kollec və sənaye sahələri arasında müştərək tədqiqat, təcrübə və məlumat mübadiləsinin aparılması, müəssisələrin tələb etdiyi kurikulumlara əsasən təhsilin təşkili iqtisadiyyatın inkişafına misilsiz töhfələr verir. Kollec təhsili müvafiq ixtisas üzrə təhsilin heç də son pilləsi deyil. Belə ki, kollec məzunları təhsillərini universitetlərdə də davam etdirə bilərlər. Onlara 4 illik universitetlərdə, açıq universitetlərdə, media universitetlərində və qiyabi universitetlərdə oxumaq imkanı verilir. Cənubi Koreyanın ali təhsil müəssisələri sırasına kolleclər və universitetlər, sənaye universitetləri, təhsil universitetləri, yeniyetmə kollecləri, media və qiyabi universitetlər, texniki kolleclər daxildir. Ölkədə 400-dən artıq universitet və müxtəlif ali məktəb fəaliyyət göstərir.
Səudiyyə Ərəbistanında ali təhsil
Səudiyyə Ərəbistanında ali təhsil — Səudiyyə Ərəbistanı Krallığında ali təhsil sistemi. == Ali Təhsil Nazirliyi == Ölkənin ali təhsil sisteminə Ali Təhsil Nazirliyi nəzarət edir. Onun tabeliyində bir sıra qurumlar fəaliyyət göstərir: Ali Təhsil Şurası – ölkənin ali təhsil sisteminə nəzarət edən ali orqandır. Şuranın əsas məqsədi ali təhsil islahatlarının müvafiq strategiyaya uyğun həyata keçirilməsi, ali təhsilin genişləndirilməsi, universitetlər arasında əməkdaşlığın təmin edilməsi, elmin və tədqiqatın inkişafının stimullaşdırılmasından ibarətdir; Akademik Akkreditasiya və Qiymətləndirmə üzrə Milli Komissiya – əsas fəaliyyət istiqaməti ali təhsil müəssisələrinin və onların təklif etdiyi proqramların akkreditasiyasını həyata keçirməkdir. == Təhsil müddəti == Ölkədə humanitar və sosial elmlər sahələri üzrə ali təhsil proqramları 4 illikdir. Tibb, mühəndislik və əczaçılıq sahələri üzrə ali təhsil müddəti isə 5–6 il davam edir. == Ali məktəblər == Səudiyyə Ərəbistanında 32 universitet fəaliyyət göstərir. Onlardan 24-ü dövlət, 8-i isə özəl ali təhsil müəssisəsidir. Ölkə üzrə ali təhsilə cəlb olunma göstəriciləri ilbəil artır. == İnkişaf tarixi == Ölkədə ali təhsil sisteminin özünəməxsus inkişaf tarixi var.
Ukraynanın ali təhsil sistemi
Ukraynada ali təhsil Ali təhsil — bu təhsilin o səviyyəsidir ki, şəxs təhsil proqramının mənimsəməsinin ardıcıl, sistem və məqsədyönlü prosesi nəticəsində ali təhsil müəssisəsində əldə edir. Həmçinin, bu təhsilin o səviyyəsidir ki, tam ümumi orta təhsilə əsaslanır və dövlət attestasiyasının nəticəsinə görə müəyyən ixtisaslaşdırmanın alınmasından sonra qurtarılmış hesab edilir. Ukraynada ali təhsil tam ümumi orta təhsil əsasında həyata keçirilir. Bundan başqa, kiçik mütəxəssislər hazırlayan ali təhsil müəssisələrinə ümumi baza orta təhsilli şəxslər qəbul edilə bilərlər. 2005-ci ilin may ayında Avropa ölkələri nazirlərinin Berqendə Konfransında Ukrayna Bolonya prosesinə qoşuldu ki, onu bir sıra ən mühüm əsas məsələləri həll etməyə məcbur etdi, hansılar ki, 2010-cu ilə kimi müddətə ali təhsilin Avropa sahəsinin standartlarının, tövsiyələrinin və əsas alətlərinin tətbiqini nəzərdə tuturlar. Söhbət Avropa nümunəli diplom ixtisaslaşdırılmasının, innovasiyalı Avropa kredit-transfert sisteminin və əlavələrin milli çərçivəsinin tətbiqindən gedir. == Ali təhsil müəssisələri == Ukraynaya ali təhsil müəssisələrinə aiddirlər: texnikum (məktəb), kollec, institut, konservatoriya, akademiya, universitet və başqaları. Ali təhsil müəssisələri üçün akkreditasiyanın dörd səviyyəsi qurulmuşdur təyin edilmişdir: Birinci səviyyə — texnikum, məktəb, onlara bərabərləşdirilmiş başqa ali məktəblər; İkinci səviyyə — kollec, onlara bərabərləşdirilmiş başqa ali məktəblər; Üçüncü və dördüncü səviyyələr — institut, konservatoriya, akademiya, universitet. == Qiymətləndirmə == 2006-cı ildən başlayaraq, Ukraynanın ali təhsil məktəblərinin tələbələrinin bilikləri 0-dan 100-ə qədər bal cədvəli üzrə qiymətləndirir. Bu qiymətləndirilmələr aşağıdakı qaydada 4-bal cədvəlinə çevrilə bilər: 90-dan 100-ə qədər — "əla" 70-dən 89-a qədər — "yaxşı" 60-dan 69-a qədər — "kafi" 0-dan 59-a qədər — "qeyri-kafi"2015-ci ilin məlumatlarına görə ölkədə 520 ali dövlət universiteti (o cümlədən kommunal) və 144 özəl universitet fəaliyyət görsədir.
ABŞ ali təhsil müəssisələrinin siyahısı
== Həmçinin bax ==
Antiqua və Barbudada ali təhsil
Antiqua və Barbudada təhsil - Ölkədə savadlılıq 90% səviyyəsindədir. 1998-ci ildə Antiqua və Barbudada Karib dənizi hövzəsi üçün tibb xidmətinin təşkil edilməsi üçün xüsusi proqram qəbul edildi. Bu proqram daxilində ölkdə müasir avadanlıqlarla təchiz edilimiş tibbi mərkəzlər və xəstəxanalar tikilir. Antiqua adasında 1882-ci ildə yaradılmış Antiqua Tibbi Elmlər Universiteti (UHSA) və 2004-cü ildən fəaliyyət göstərən Antiqua Amerika Universiteti (AUA) vardır. Həmçinin Antiqua Dövlət Kolleci və Antiqua və Barbuda İnformasiya texnologiyaları İnstitutu da fəaliyyət göstərir. Vest-İndia Universitetinin Antiqua filialı da mövcuddur.
Azərbaycanın ali təhsil müəssisələrinin siyahısı
Bu Azərbaycanın ali təhsil müəssisələrinin siyahısıdır.
Açıq tipli ali təhsil müəssisəsi
Açıq tipli ali təhsil müəssisəsi — yaş məhdudiyyəti və qəbul olunanların minimal bilik səviyyəsi tələb olunmadan dinləyicilərin qəbul olunduğu ali təhsil müəssisəsi. Açıq tipli ali təhsil müəssisəsində qrafiki kifayət qədər sərbəstdir, yəni təhsil müddəti sərhədsizdir. Dinləyicilər stipediya ala, qrant üzrə oxuya və müəyyən təminatlar üzrə ödənişsiz oxuya bilərlər. Bu tip ali təhsil müəssisələrinə Britaniya Açıq universiteti, Almaniyanın açıq universitetləri aid edilə bilər.
Bakıdakı ali təhsil müəssisələrinin siyahısı
Sovet dövründən bu yana şəhərdə bir çox ali təhsil müəssisəsi yerləşib. Bunlardan ilki isə 1919-cu ildə açılan Bakı Dövlət Universitetidir. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası da məhz Bakıda yerləşir.
Bakının ali təhsil müəssisələrinin siyahısı
Sovet dövründən bu yana şəhərdə bir çox ali təhsil müəssisəsi yerləşib. Bunlardan ilki isə 1919-cu ildə açılan Bakı Dövlət Universitetidir. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyası da məhz Bakıda yerləşir.
Təhsil
Təhsil öyrənmənin, yaxud başqa sözlə bilik, bacarıqlar, dəyərlər, inanclar və vərdişlər qazanılmasının asanlaşdırılması prosesidir. Təhsil metodlarına hekayə danışma, müzakirə, öyrətmə, təlim vermə və birbaşa araşdırma daxildir. Təhsil əksərən təhsilverənin bələdçiliyi ilə həyata keçirilir, ancaq öyrənənlər özləri özlərinə də təhsil verə bilərlər. Təhsil rəsmi və qeyri-rəsmi üslubda həyata keçirilə bilər və kiminsə düşünməsi. hiss etməsi. yaxud fəaliyyət göstərməsi üsuluna formalaşdırıcı təsiri olan hər hansı təcrübə də təhsilə aid hesab edilə bilər. Öyrətmənin metodologiyasına pedaqogika deyilir. Ümumilikdə rəsmi təhsil formal olaraq məktəbəqədər və ya bağça, ibtidai məktəb, orta məktəb və daha sonra kollec, universitet, yaxud şəyirdlik kimi mərhələlərə bölünür. Təhsil almaq hüququ bəzi dövlətlər və BMT tərəfindən tanınmışdır. Əksər regionlarda müəyyən yaşa qədər təhsil icbaridir.
Azərbaycan-Rusiya Ali Təhsil Müəssisələri Assosiasiyası
гастро́льный доволочи́ть иллюзио́н моде́рный нагофрирова́ть потяжеле́ть разме́тчик разрумя́нить распсихова́ться экзо́ты бере́тик как зна́ешь ле́стница не мо́жет быть! неожи́данность успе́ньев клейстер beechy dispermous fasting hait irrotational misspelling дагестанка докупать